Rusiyanın ən böyük kommersiya bankı iflas edib

Rusiya Mərkəzi Bankı iflas prosesində olan “Otkrıtiye Bank”ı xilas etmək üçün hərəkətə keçib.

Ölkənin ən böyük səkkizinci bankı olan bu bank kredit portfelinin yaratdığı narahatlıqlara görə əmanət axınlarının davam etdirilməsi baxımından problem yaşayırdı.

Beləliklə, “Otkrıtiye”nin sanatoru kimi Rusiya Mərkəzi Bankı özü iştirak edəcək və səhmlərinin 75%-nə sahib olacağını bildirib. Bu addımı analitiklər bank sisteminə inamın qorunması və böhranın olmaması üçün atıldığını qeyd edirlər.

Qeyd edək ki, bu günə qədər Rusiyada ən böyük “bank xilasetmə əməliyyatı” 2011-ci ildə olub. Həmin vaxt Rusiya Mərkəzi Bankı “Bank of Moscow”u xilas etmək üçün 6.7 milyard dollar xərləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır