Rusiyanın ən dəyərli 3 şirkəti hansıdır?

RIA Reytinq Agentliyi Rusiyanın ən dəyərli 3 şirkətini və onların ümumi dəyərini açıqlayıb. Bu haqda türk mətbuatı məlumat yayıb.

Agentliyin məlumatına əsasən, 2016-cı ildə ümumi bazar dəyəri 87% artaraq 69,9 milyard dollara çıxan Rosneft birinci sıraya yüksəlib. İkinci sırada isə ötən il bazar dəyəri 50% artan 61,1 milyard dollarla Sberbank-dır. Gazprom isə 35,4% dəyər itirərək 59,9 milyard dollarla üçüncü sırada yerləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır