Rusiyanın 2 top bankı birləşəcək

BBN.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ölkənin 2 top bankının konsolidasiyaya gedə biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, “Otkritie Bank” (aktivlərinə görə ölkədə 8-ci bank) və “B&N Bank” (aktivlərinə görə ölkədə 12-ci bank) birləşməsi bu bankların sağlamlaşdırılması üçün ən optimal yollardan biridir.

“Biz artıq gələcək strategiyalar və biznes plan haqqında danışıqlara başlamışıq. İlk mərhələ aktivlərin qiymətləndirilməsi və bankların rəhbərliyi ilə strategiyaların müəyyənləşdirilməsidir. Nəzərdə tutulan çıxış yollarından biri də bankların birləşməsidir” – deyə Sədr bildirib.

Elvira Nabiullina  vurğulayıb ki, əsas məqsəd sözügedən bankları tez bir zamanda bazara qaytarmaqdır: “Bizim fikrimizcə bu banklar yeni investorları inamını qazanacaq şəffaf idarəetmə üsulu qurmalıdırlar. Yenə də vurğulayım ki,  biz banklara idarə paketini ələ keçirəcək investorlar cəlb etməyi planlamırıq, burada səhmdarların sayının artırılması nəzərdə tutulur”.

Həmçinin RMB-nin sədrinin birinci müavini Dimitri Tulin sonuncu müsahibəsində “B&N Bank” və“Otkritie Bank”ın böyük ehtimalla birləşəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır