Rusiyanın bank sektorunda sistem riski aradan qalxıb

Hazırda Rusiyanın bank sektorunda olan problemlər sistem riski daşımır. Bunu Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina rus telekanallarından birinə verdiyi müsahibədə deyib.

“Ümumiyyətlə bank sistemində problemlər var, ancaq biz əksinə bərpa siyasətini tətbiq etmədik və aktivlərinin böyük həcmi problemli olan bankların bazardan çıxması siyasətini həyata keçirdik. Biz bu siyasəti davam etdiririk və tamamlanmasını ümid edirik. Bu proses sonlu olmalıdır.Ancaq bank sektorunda olan problemlər sistem riski daşımır’-deyə o bildirib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır