Rusiyanın Ehtiyat Fondu bağlanır

Rusiya Maliyyə Nazirliyi tərəfindən büdcə kəsirini bağlamaq üçün istifadə edilən Ehtiyat Fondu, 2017-ci ilin dekabrına qədər tamamilə tükənmiş elan edilib.

Nazirlikdən edilən şərhdə, büdcə kəsrinin bağlanması üçün ehtiyat fondundan 1 trilyon rubl (təxminən 17,5 milyard dollar) sərf olunduğu ifadə edilib.

BBN.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, ehtiyat fondunun 2018-ci il fevralın 1-dək bağlanacağı qeyd olunub.

Bəyanatda vurğulanıb ki, ölkənin milli rifah fondu 2017-ci ilin dekabr ayında bir əvvəlki aya nisbətən 66,9 milyard dollardan 65,1 milyard dollara qədər azalıb, bu fondun gələcək dövrlərdə büdcə kəsirini bağlamaq üçün istifadə olunacaq.

Qeyd edək ki, Rusiya Maliyyə Naziri Anton Siluanov etdiyi açıqlamada, ölkənin büdcə kəsiri 2017-ci ildə 1,5 trilyon rubl  olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır