Rusiyanın İqtisadi İnkişaf Naziri neftlə bağlı proqnozunu açıqlayıb

Rusiyanın İqtisadi İnkişaf Naziri 2020-2025-ci illərdə neftin bir barelinin qiymətinin 59 dollardan 64 dollara yüksələcəyi proqnozunu açıqlayıb. Bu haqda TASS məlumat verir.

Daha əvvəlki proqnozlarında nazir neftin qiymətinin 2017-ci ildə 48 dollardan 52 dollara, 2018-ci ildə isə 55 dollara yüksələcəyini bildirmişdi.

Qeyd edək ki, Rusiyanın iqtisadi artımının həmin dövrdə 2,2-2,6% arasında olacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır