Səudiyyə Ərəbistanı 2020-ci ildə keçiriləcək G20 sammitinə ev sahibliyi edəcək

Səudiyyə Ərəbistanı Ərəb dünyasında ilk dəfə olaraq 2020-ci ilin noyabr ayında keçiriləcək G20 Liderlər Sammitinə ev sahibliyi edəcəyini açıqlayıb.

Açıqlamaya görə G20 liderlərinin 15-ci sammiti 21-22 noyabr tarixlərində Riyadda keçiriləcək.

Sammitin əsas məqsədləri arasında “üzv ölkələri ilə əlaqələri inkişaf etdirmək, beynəlxalq iqtisadi problemlərin ümumi həllini tapmaq və dünya iqtisadiyyatını sabitləşdirmək ” olduğu vurğulanıb.

Qeyd edək ki, dünya əhalisinin üçdə ikisin yaşadığı G20 ölkələri dünya iqtisadiyyatının 85 faizini və dünya ticarətinin 75 faizini təşkil edir.

G20 ölkələrinə Almaniya, ABŞ, Argentina, Avstraliya, Braziliya, Çin, İndoneziya, Fransa, Cənubi Afrika, Cənubi Koreya, Hindistan, İngiltərə, İtaliya, Yaponiya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Avropa Birliyi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır