Səyyar qeydiyyat xidmətləri Neftçala və Salyan rayonlarını əhatə edəcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu həftə səyyar qeydiyyat xidmətləri Neftçala və Salyan rayonlarının 5 kəndini əhatə edəcək. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası 13 may Neftçala rayonu, Xolqarabucaq, 14 may Aşağı Qaramanlı kəndlərində, 15 may Salyan rayonunun Arbatan, 16 may Marışlı, 17 may Seyid Sadıxlı kəndlərində keçiriləcək. Sakinlər fərdi yaşayış evləri, torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı, o cümlədən plan-sxemin, texniki pasportların tərtibi ilə bağlı sənədlərini mobil ofisə təqdim edə bilər. Qeyd edək ki, səyyar ofisdə xidmətlər 09:00-dan 17:00-dək göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır