“Səadan” yatağında 1834 nömrəli quyu qazmadan sonra istismara verilib.Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ-Maykop Lay Dəstəsinə qazılmış quyu dərinlik nasosu üsulu ilə məhsul verib, 1400-735 metr intervaldan sutkalıq 6 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.