Səfər Mehdiyev Qax şəhərinin vətəndaşlarını qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iyunun 25-də saat 11:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində (Nəriman Nərimanov küç. 4) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

BBN.az xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən- Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır