Səhmdar kapitalı barədə mif – Harvard Business Review

2010-cu ilin yanvarında Kraft konserni “Cadbury” şirkətini satın aldıqda sazişi səhmdar kapitalın yekun qələbəsi kimi qəbul etdilər. “Cadbury” böyük pulları çoxillik tarixindən və ənənələrindən üstün tutdu. Nəticədə, “Cadbury” ailəsinin üzvlərindən birinin təbirincə desək, səhmlərin nəzarət paketi “qamburqerlər üçün ucuz içlik” hazırlayan şirkətin əlinə keçdi. “Cadbury”nin direktorlar şurasının sədri Rocer Karr həmin vaxt demişdi: “Biz qlobal biznes birliyinə qədəm qoyuruq və bundan qaçmaq olmaz”.

Onun seçimi var idimi? O, səhmdarların sazişi bağlamaq istəyinə tabe olmalı idimi? Cavab mənfidirsə, digər steykholderlər üçün dəyərli, nəzarət pakektinin qiymətindən daha ələkeçməz olanı saxlamaq üçün onların iradəsinin əleyhinə necə çıxmalı? Resessiyanı başladan qalmaqallardan sonra idarəetmə aləmi bu suallara cavab axtarmağa başladı.

Qəribə də olsa, hələ heç kim hüquqi ədəbiyyata müraciət etməyib. Ona görə də biz bu cür sazişlərin hüquqi aspektlərini – nəzəriyyəni və presedentləri – təhlil etməyi qərara aldıq. Məlum oldu ki, qanunlarda aydın yazılıb: şirkət – müstəqil hüquqi şəxsdir və səhmdarların ona mülkiyyət hüququ yoxdur. Şirkət rəhbərliyi səhmdarların istəklərinin əksinə fəaliyyət göstərirsə, məhkəmə, bir qayda olaraq, mənfəət itkisi qeydə alındıqda belə, onun tərəfini saxlayır. Səhmdarlar da bunu anlayır. Son 20 ildə iri şirkətlərin direktorlar şuralarının üzvlərinin məhkəmə yolu ilə vəzifədən azad edilməsi ilə bağlı cəmi 24 cəhd olub ki, onların yalnız 8-i uğurla nəticələnib. 2007-ci ildə keçirilən araşdırmaya görə, rəyi soruşulan direktorların 34-dən 31-i demişdi ki, mənfəətin artırılması üçün axırıncı tədbirlərə – məsələn, meşələrin qırılması, yaxud atmosferə təhlükəli toksik maddələrin atılması (ekoloji normativlər bunları qadağan etmirsə) – üz tutmağa hazırdırlar. Onlar hesab edirdilər ki, öhdəlikləri səhmdarlarının zənginləşməsi üçün bütün qanuni imkanlardan istifadədir.

Niyə direktorlar əmindirlər ki, səhmdarlar qarşısında borcları olduqca fəlakətli nəticələrə gətirib çıxaran hərəkətlər tələb edir? Qanun sahiblər qarşısında köləliyi təsbit etmir.

Problemin kökü ondadır ki, idarəedicilər və hüquqşünaslar direktorlar şurasının rolunu birgə müəyyən etməyi bacarmayıblar. Buna görə oraya hüquqi öhdəliklərini anlamayan şəxslər daxil olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır