Fevralın 21-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Şəkidə sahibkarlar üçün treninq keçirilib.
“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə KOS subyektləri üçün araşdırma və maariflənmə imkanlarının artırılması məqsədilə keçirilən treninq kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, maliyyənin idarə edilməsi mövzularını əhatə edib.
Treninqdə biznes risklərinin azaldılması, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, Apellyasiya Şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.