İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəki rayonunda işgüzar forum keçirib. Sahibkarlardan iri fermer, bağçılıq (fındıq, qoz, şabalıd), cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı), quru tütün saxlanılması üçün anbar, tütün emalı, süd emalı müəssisəsi və otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.