Səlim Müslümov BƏT-in Baş direktoru ilə görüşüb

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasında iştirak edən Azərbaycan Respublikasının  əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.

Görüşdə S.Müslümov vurğulayıb ki, dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”nda 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci yeri tutan Azərbaycan həmçinin bu hesabata əsasən  əmək bazarının səmərəliliyi üzrə 26-cı yerdədir”.

BƏT-in Baş direktoru “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalanmasını əməkdaşlığın yeni mərhələsikimi qeyd edərək, Proqramdan irəli gələn məsələlərin həlli sahəsində respublikamızda uğurlu nəticələrə nail olunacağına əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır