Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-noyabr aylarında 28,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz az sənaye məhsulu istehsal edilib.
Sənaye məhsulunun 65,4 faizi mədənçıxarma sektorunda, 28,5 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8 faiz azalıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9 faiz artıb, neft sektorunda isə 1,3 faiz azalıb.