Sənaye məhsullarının istehsalı azalıb

2017-ci ilin yanvar-may aylarında ölkə sənayesində 15,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 % az sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,9 % artıb, neft sektorunda isə 7,1 % azalıb.

Sənaye məhsulunun 70,2 %-i mədənçıxarma sektorunda, 24,4 %-i emal sektorunda, 4,7 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 9,2 % azalıb, əmtəəlik qaz hasilatı isə ötən ilin müvafiq dövrünün səviyyəsində qalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır