Sənaye məhsulu istehsal 5,5% azalıb

2017-ci ilin yanvar-iyun aylarında ölkə sənayesində 18,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% az sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,4% artıb, neft sektorunda isə 7,2% azalıb.

Sənaye məhsulunun 70,1%-i mədənçıxarma sektorunda, 24,6%-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Qeyd edək ki, mədənçıxarma sektorunda neft hasilatı 9,0%, əmtəəlik qaz hasilatı isə 0,2% azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır