“Banklar və Biznes Qəzeti”- nin www.bbn.az veb portalı tərəfindən plastik kartlar üzrə ən sərfəli tariflərin müəyyənləşdirilməsi məqsədi ilə banklar arasında araşdırma aparılmışdır. Araşdırma plastik kartlardan nağdlaşdırma zamanı tətbiq olunan komissiyalar və plastik kartların əldə edilməsi üzrə tələb edilən minimum ödəniş haqqları tariflərini əhatə edir. Hər iki göstəricilərə görə Expressbank-ın təqdim etdiyi bank kartları daha sərfəli bank kartları kimi müəyyən edilmişdir.
Belə ki, Expressbank-ın debet kartlarından Expressbank bankomatlarında nağdlaşdırma zamanı heç bir xidmət haqqı tutulmur, yəni komissiya 0% təşkil edir. Xarici valyutada olan kartlardan digər valyuta üzrə nağdlaşdırma, online və POS terminal vastəsilə alış-veriş zamanı konvertasiya üzrə xidmət haqqı da 0% təşkil edir.
Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına ödənişsiz əsasda sahib olmaq istəyən müştərilər hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını pulsuz sifariş edə bilərlər.
Amma bu da son deyil. Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin 20%-dək hissəsini karta geri alırlar (“cash back”). Üstəlik ölkə üzrə 48 regionda quraşdırılmış ExpressPay ödəniş terminalı və ya Şəxsi kabinet vasitəsi ilə istənilən zaman hesabınızı artıra və hesabla bağlı digər əməliyyatları həyata keçirə bilərsiniz.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz