Sərnişin daşınması1,4 faiz artıb

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2018-ci ilin yanvar-may aylarında 88,7 milyon ton yük və 779,3 milyon sərnişin daşınıb.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz, sərnişin daşınması isə 1,4 faiz artıb.

Yük daşınmalarının 62,6 faizi avtomobil,27,1 faizi boru kəməri, 6,2 faizi dəmir yolu, 4,0 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə olub.

Qeyd edək ki, sərnişinlərin 87,0 faizi avtomobil, 12,8 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır