Sərnişin daşınması 1.6% artıb

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2018-ci ilin yanvar ayında 16.9 milyon ton yük və 143.7 milyon sərnişin daşınıb.

BBN.az Dövlət Statistika Komitəsinə xəbər verir ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0.3 %, sərnişin daşınması isə 1.6 % artıb. Yüklərin 57.6 %-i avtomobil, 31.1 %-i boru kəməri, 7.2 %-i dəmir yolu, 4.0 %-i dəniz, 0.1 %-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişin daşınmasının 86.8 %-i avtomobil, 12.9 %-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır