Səudiyyə Ərəbistanı hasilatı azaltmağa hazırlaşır

Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco neft istehsalının azaldılması üçün müştərilərlə danışıqlara başlayıb. reuters-in məlumatına əsasən, fevral ayında istehsalın 3%-7% həcmində azaldılması gözlənilir.

Qeyd edək ki, OPEC-in qərarına dəstək olaraq dünyanın ən böyük neft ixracatçısı olan ölkə günlük istehsalı 486 min barrel və ya oktyabr ayındakı 10.544 milyonluq istehsalın 4.61%-i qədər azaltmağa razılaşmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır