Səudiyyə Ərəbistanının Enerji naziri Xalid Əl-Falih neft hasilatının azaldılması ilə bağlı yeni bir qərara ehtiyacın olmadığını bildirib.
Nazir OPEC-in qərarına əməl etdiklərini də bildirib. Xalid Əl-Falih: “6 ay sonra da yeni bir neft hasilatının azaldılması qərarına ehtiyacın olmadığını düşünürəm. Neft bazarı artıq sabitləşməyə başlayıb”-deyə, bildirib.