OPEC-in hasilatı azaltmaqla bağlı razılıq əldə etməsi yönündəki qeyri-müəyyənliklər neftin qiymətini 46 dollara yaxın həcmdə saxlayır.
Səudiyyə Ərəbistanı ilk dəfə bazar günü OPEC-in hasilatı azaltmağa məcbur olmadığını bildirdi və Rusiyanın da daxil olduğu qeyri-OPEC ölkələrinin həyata keçirəcəyi iclasda iştirak etməkdən imtina etdi.
Seulun Kiwoon Securities Co şirkətinin strateqi Seo Sang-young :”Neft bazarı Səudiyyə Ərəbistanının görüşdən imtina etməsi kimi səbəblərlə təzyiq altındadır. OPEC razılıq əldə etsə də, sözünü tutacağı şübhə altındadır, belə ki, üzv ölkələr hasilatı artırmaqdadır”-deyib.
Qeyd edək ki, OPEC ölkələri son müzakirələr üçün bu gün topalaşacaq.