Beynəlxalq kredit dərəcələndirmə təşkilatı Standard & Poor ‘s (S & P), Səudiyyə Ərəbistanının kredit notlarını qoruduğunu bildirib.
“Standard & Poor ‘s” təşkilatı bildirib ki, Səudiyyə Ərəbistan xarici pul növündə kredit notlarını “A-” səviyyəsində qoruyub, görünüşdə isə “sabit” olaraq qalıb.
Həmçinin bildirilib ki, Səudiyyə Ərəbistanının balans hesabatı mövqeyinin 2017-2020 illər arasında güclü qalması nəzərdə tutulur. Büdcə kəsrinin ümumi daxili hasilata nisbətinin keçən il 17% olduğu halda, bu göstəricinin 2017-2019-ci illərdə orta hesabla 7% olması planlaşdırılır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının iqtisadiyyatının bu il 0,5%, gələcək ildə isə 1,5% böyüməsi proqnozlaşdırılır.