Səyyar ASAN müxtəlif ərazilərdə vətəndaşlara xidmət edəcək

Səyyar ASAN xidmət 23 oktyabr – 11 noyabr Ağsu rayonu, 23 oktyabr – 6 noyabr Qaradağ rayonunun Sahil qəsəbəsi, Göygöl şəhəri, 27 oktyabr – 25 noyabr Qusar, Yevlax və Biləsuvar şəhərləri, 27 oktyabr – 6 noyabr Oğuz şəhəri, 28 oktyabr – 11 noyabr H.Z.Tağıyev qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Həmçinin 2 – 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC  və “Azəriqaz” İB) təqdim olunacaq.

Bundan başqa səyyar avtobuslar 25 sentyabr – 24 oktyabr Şirvan və Xırdalanda, 9 – 23 oktyabr Şabran, Ağdaş, Qobustan, Göytəpə şəhərlərində vətəndaşların xidmətində olacaqlar.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır