Səyyar “ASAN qatar” Balakəndə vətəndaşlara xidmət göstərəcək

Səyyar “ASAN qatar” 5 – 19  iyul tarixində Balakən şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Həmçinin, səyyar avtobuslar 29 iyun – 28 avqust Xaçmaz şəhərində, 29 iyun – 8 avqust Yevlax rayonunun Xaldan şəhərində və 29 iyun – 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşların xidmətində olacaq. Bununla yanaşı, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır