Səyyar ASAN xidmət 2 – 16 oktyabr tarixlərində Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Həmçinin 2 – 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) təqdim olunacaq.
Bundan başqa səyyar avtobuslar 6 sentyabr – 5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevirdə, 19 sentyabr – 5 oktyabr Goranboyda, 25 sentyabr – 24 oktyabr Şirvan və Xırdalanda, 29 sentyabr – 18 oktyabr Ucarda vətəndaşların xidmətində olacaq.
Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.