Səyyar ASAN xidmət Tərtərdə vətəndaşlara xidmət göstərəcək

Səyyar ASAN xidmət 13 – 27 iyul tarixində Tərtər şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Həmçinin, səyyar avtobuslar 29 iyun – 28 iyul Xaçmaz şəhərində, 29 iyun – 13 iyul Abşeron rayonunun Qobu qəsəbəsində, 7 – 31 iyul İsmayıllı və Lerik rayonlarında, 10 – 29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 10 – 19 iyul Qaradağ rayonunun Ələt qəsəbəsində, səyyar “ASAN qatar” isə 5 – 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaq.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır