Saatlı rayonunda investisiya layihələrinin qəbuluna başlanılıb

Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il avqustun 4-də Saatlı rayonunun Qıraqlı kəndində işgüzar forum keçirib.

Forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Saatlı rayonu üzrə sahibkarlıq subyektlərindən  əkinçilik (qarğıdalı, soya, mərci və noxud), intensiv bağçılıq (nar, gilas, gavalı), kiçik həcmli istixana və cins heyvandarlıq təsərrüfatlarının, eləcə də süd emalı və çörək istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır