Sabah ABA və Vergilər Nazirliyi arasında görüş keçiriləcək

11 yanvar 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspertləri elektron ticarət əməliyyatları üzrə MCC kodların qruplaşdırılmış siyahısını Vergilər Nazirliyinə təqdim edəcəklər.

Bu gün ABA-da bu məsələnin həlli ilə bağlı yaradılmış işçi qrupun iclası keçirilib. İclasda sözügedən kodların əks olunduğu siyahı dəqiqləşdirilib. Bu siyahı əsasında elektron ticarətdə hansı xarici subyektlərin ƏDV vergisinə cəlb ediləcəyi tam olaraq müəyyənləşəcək.

Sabahkı görüşdə qruplaşdırılmış kodlar təsdiqlənərsə, prosessing şirkətləri ayın sonuna qədər bütün banklar üçün yeni mexanizmin tətbiqini təmin edəcəklər.

Qeyd edək ki,  Vergilər Nazirliyi tərəfindən vergi qanunvericiliyindəki dəyşikliyin tətbiqi ilə bağlı ABA-nın təşəbbüsü ilə banklara 1 ay möhlət verilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır