Beynəlxalq pul bazarında diqqətlər sabah Avropa Mərkəzi Bankının Frankfurtda həyata keçiriləcək iclasında müəyyən olunacaq faiz qərarına yönəlib.
Avropa Mərkəzi Bankı uzun müddətidir ki, 19 üzvü olan Avrozonada çox aşağı səviyyəli inflyasiya ilə mübarizə aparır.
İqtisadçı ekspertlər bankın sabahkı iclasda yeni tədbir proqramı açıqlayacağını və faizlərin azaldılması ilə bağlı qərar verəcəyini düşünməsələr də, genişləndirici pul siyasətinin 3-6 ay daha davam edəcəyi gözlənilir.