Sabit vergi dedikdə fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləği nəzərdə tutulur.
Fiziki şəxslər üçün aylıq sabit vergi məbləği ölkə üzrə aşağıdakı əmsallar tətbiq olunmaqla müəyyən edilir.
Ölkə üzrə tətbiq olunan əmsallar |
Əmsal |
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) |
2,0 |
Gəncə, Sumqayıt və Xırdalan şəhərində |
1,5 |
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində |
1 |
Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) |
0,5 |
Fəaliyyət növündən asılı olaraq aylıq sabit vergi məbləği fərqlənir.
Fəaliyyət növünün adı |
Aylıq sabit vergi məbləği (manatla) |
Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlər |
30 |
Fərdi foto, audio-video, xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət |
30 |
Çəkməçi, pinəçi |
5 |
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri |
10 |
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər |
10 |
Nəqqaşlıq emalatxanalarının fəaliyyəti |
20 |
Bir misalla izah edək. Şənliklərdə aparıcılıqla məşğul olan şəxsin aylıq sabit vergisinin məbləği Bakı şəhərində aşağıdakı qaydada hesablanacaq:
- 30 manat*2 əmsal*1 ay= 60 manat
Qeyd edək ki, fiziki şəxslər qeyd edilən fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda “Sabit verginin ödənilməsi haqqında qəbz”i hər bir fəaliyyət növü üçün ayrılıqda almalıdırlar.