Bakıda “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda konfrans keçiriləcək

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası “Peşə təhsili sahəsində əməkdaşlıq”  adlı layihə həyata keçirir.

BBN.az xəbər verir ki, Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf  Nazirliyi (BMZ) və  Almaniya İqtisadi İnkişaf  Fondu (SEQUA GmbH) tərəfindən  maliyyələşdirilən layihənin əsas məqsədi Azərbaycan Respublikasında gənclər arasında məşğulluğun artırılması üçün sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanmasına dəstək olmaqdır.

2015-2018-ci illərdə icra olunan layihənin birinci mərhələsinin yekunlarına  dair   16 oktyabr 2018-ci ildə Bakıda  “Dubai International” otelində “Sahibkar-Peşə təhsili əməkdaşlığı” mövzusunda hesabat konfransı keçiriləcək. Konfransda layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat veriləcək və xarici ekspertlərin iştirakı ilə  bu sahədə qabaqcıl beynəlxalq təcrübə əsas götürülərək  peşə təhsili sisteminin inkişafı yolları müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır