Dekabrın 1-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığ ilə Biləsuvarda pambıq istehsalı, tədarükü və emalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün treninq keçirilib.
Belə ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninq pambıqçılığın inkişaf perspektivləri, istehsal sahələrinin idarə edilməsi, əmək münasibətlərinin tənzimlənməsi kimi mövzuları əhatə edib.
Treninqdə istehsal sahələrində biznesin təşkili və səmərəli idarə edilməsi, pambıq istehsalında səmərəliliyin yüksəldilməsi, ixracın artırılması, əmək qanunvericiliyi və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.