Sahibkarlar üçün treninqlər keçirilib

Yanvarın 25-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Gəncədə və Lənkəranda sahibkarlar üçün treninqlər keçirilib.

BBN.az zəbər verir ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib.

Tədbirlərdə qadınlar üçün biznes inkubatorların yaradılması təşviq edilib, iştirakçılar biznes inkubatorların əhəmiyyəti, biznes inkubatorlarda tətbiq olunan güzəştlər, dövlət dəstəyi mexanizmləri və s. barədə də məlumatlandırılıb.

Qeyd edk ki,  iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır