2017-ci ildə qaytarılan vəsaitlər hesabına sahibkarlara 150 milyon manat kredit verilməsi nəzərdə tutulur. Bu ilin birinci rübü ərzində sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə respublikanın 5 bölgəsində işgüzar forumlar keçirilib. İlk işgüzar forum Şəmkir rayonunda 200-ə yaxın sahibkarın iştirakı ilə keçirilib.Forum zamanı Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 270 min manat güzəştli kredit verilib. Yevlax rayonunun Yuxarı Bucaq kəndində keşirilən forumda 80-ə yaxın sahibkar iştirak edib.Forumda sahibkarlara 790 min manat güzəştli kredit verilib və 40-dan çox yeni iş yerinin açılacağı planlaşdırılır. Növbəti forum isə Qax rayonunda keçirilib. Forumda Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 224 min manat güzəştli kredit verilib.
Həmçinin sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forumlar Xəzər rayonunun Mərrdəkan qəsəbəsində və Cəlilabad rayonunda da təşkil olunub.