Sahibkarlara 7.3 mln. manat güzəştli kredit verilib

Dekabrın 22-də bu istiqamətdə növbəti tədbir – sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum Gəncə şəhərində keçirilib.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Gəncə şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkara 7,3 milyon manat güzəştli kredit verilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, indiyədək Fondun vəsaitləri hesabına Gəncə şəhərində sahibkarlıq subyektlərinin 481 investisiya layihəsinin maliyyələşdirilməsinə 39 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, ümumilikdə, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6000-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 228 milyon manat güzəştli kredit verilib.
Verilən kreditlər əsasən, aqropark kompleksinin yaradılması, heyvandarlıq, un məmulatları, mərmər, şüşə, plastik qapı-pəncərə istehsalı, tərəvəzçilik, turizm sahərinin inkişafına yönəldiləcək və 250-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
Tədbir çərçivəsində həmçinin, dövlətin güzəştli krediti hesabına Gəncə şəhərində yaradılan ixtisaslaşdırılmış “yaşıl market” kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.
Ümumilikdə indiyədək, dövlətin güzəştli kreditləri hesabına 4 ixtisaslaşdırılmış “yaşıl market”in yaradılmasına 15,7 milyon manat güzəştli kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır