Sahibkarlara 72.5 mln. manat həcmində güzəştli kredit verilib

2017-ci ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1056 sahibkarlıq subyektinə 72,5 milyon manat güzəştli kredit verilib.

İnvestisiya layihələrinin ümumi dəyəri 267 milyon manat olub.

Verilən kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır