İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il iyunun 8-də Göygöl rayonunun Xəqani kəndində işgüzar forum keçirib. Sahibkarlardan cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd və meyvə emalı müəssisələrinin, otelin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.