“RSM Azerbaijan” beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2016-cı il üzrə maliyyə hesabatlarının auditi keçirilib.
Audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.
“RSM Azerbaijan” beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2016-cı il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun aparıldığı müəyyən edilib.
Qeyd edək ki, artıq 9 ildir ki, beynəlxalq audit şirkətləri tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi aparılır.