Sahibkarlığın İnkişafı Fondu Lənkəran rayonunda investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Lənkəran rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

–   kənd turizmi layihələrinin maliyyələşdirilməsi,

–   çəltikçilik, çayçılıq, sitrus bağçılıq, istixana və kiçik cins heyvandarlıq təsərrüfatların,

–   ketçup, mayonez və xardal sousu istehsalı müəssisəsinin yaradılması.

        Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fonduna müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır