Sahibkarlığın İnkişafı Fondu sənaye, kənd təsərrüfatı, turizm və İKT sahələri üzrə startap layihələrin qəbulunu elan edir

Gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, eləcə də “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sənaye, kənd təsərrüfatı, turizm və İKT sahələri üzrə startap layihələrin qəbulunu elan edir.

Layihələrin qəbulu 30.04.2019-cu il tarixdə başa çatır.

Sahibkarlığın İnkişafı Fondunun inzibati binasında yaradılmış “Biznes İnkubasiya Mərkəzi”ndə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar, innovativ ideyası olan gənclərə biznes inkubatorlar tərəfindən startap layihələrinə dəstək mexanizmləri təqdim ediləcək, startapçıların ideyalarının reallaşdırılması istiqamətində dəstək göstəriləcək.

Startapçılar layihələrin qeydiyyatı formasını aşağıdakı linkdən yükləyə bilərlər:

 Layihələrin qeydiyyatı forması

 Startapçılar doldurulmuş formanı Fondun rəsmi elektron poçt ünvanına göndərə bilərlər (info@edf.gov.az).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır