Sahibkarlığın İnkişafı Fondu Şabran rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Şabran rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

  • startap layihələrinin maliyyələşdirilməsi;
  • iri taxılçılıq, intensiv bağçılıq, arıçılıq, istixana təsərrüfatlarının yaradılması;
  • quru meyvə istehsalı müəssisəsinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fonduna müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır