Salyanda satınalan təşkilatların nümayəndələri üçün təlim kursu keçirilib

Salyan rayonunda dövlət satınalmalarına həsr olunmuş təlim kursu keçirilib. “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təşkil olunan təlimdə rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların mütəxəssisləri iştirak edib.

Kursun məqsədi dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, satınalmalar sahəsində şəffaflığın artması və qanunvericiliyin tələblərinə ciddi riayət olunması, o cümlədən satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərilməsi, mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılmasıdır.

Təlim zamanı Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara satınalma prosesində rəqabət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır