Şamaxıda startap turunun qalibləri seçildi

Bu il “I2B-İdeyadan biznesə” layihəsi çərçivəsində keçirilən  startap turlarının əhatə dairəsinə qatılan regionlardan biri də Şamaxı rayonu olub.

2018-ci ildən etibarən icrasına başlanan layihə çərçivəsində bu gün Şamaxı rayonunda ilk startap turu təşkil edilib.

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilən tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də iştirak edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə reallaşdırılan startap turuna Şamaxı ilə yanaşı, Ağsu, İsmayıllı, Qobustan, Kürdəmir, Beyləqan, Füzuli, Baləkən, Qəbələ və digər ətraf regionlardan olan 100-dən çox gənc qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır