Samsung 3 ilin ən yüksək mənfəət göstəricisini açıqlayıb

Elektronika nəhəngi Samsung 3 ilin ən yüksək mənfəət göstəricisini açıqlayaraq Galaxy Note 7 gərginliyindən sonra hələ də gücünün davam etdiyini bildirib.

Şirkətdən verilən açıqlamaya əsasən, mənfəət göstəricisində 50%-lik artım əldə olunub. Artımın səbəbi ucuz smartfonların satışı, chip və ekran hissələrinin bahalaşması hesab olunur. Belə ki, Çinin texnologiya şirkətlərinin chiplərə olan tələbinin artması bahalaşmaya təkan verib.

Seulda “IBK Securities Co.”nun analitiki Lee Seung-woo açıqlamasında: “Note 7 boşluğuna baxmayaraq, Samsung güclü S7 satışları ilə gücünü olduqca yaxşı qoruyub. Birinci rübdəki azalmadan sonra yeni S8 modelinin bazara çıxarılması il iyunda rekord səviyyədə mənfəət göstəricisi açıqlanacaq”-deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır