“Samsung Electronics” I rübdə rekord həcmdə mənfəət əldə edib

Samsung Electronics” 2018-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

BBN.az xəbər verir ki, dünyanın ən böyük mobil telefon istehsalçısı və smartfon bazarında ən böyük oyunçularından biri olan “Samsung Electronics” I rübdə mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 artıraraq 14,7 milyard dollar (15,6 trilyon won) səviyyəsinə çıxarıb.

Qeyd edək ki, I rübdə Samsung-un gəlirləri də 18,7% artaraq 60 trilyon won olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır