“Samsung” şirkəti 2,8 milyon paltaryuyan maşınını geri çağırmaq məcburiyyətində qalıb. Bu haqda BBC News məlumat verir.
Məlumata əsasən, paltarların yuyulması prosesi zamanı maşınların qapısı gözlənilmədən açılır və bunun nəticəsində xəsarət alanlar da var.
“Samsung”a daxil olan 733 şikayətdən sonra şirkət öz növbəsində 2011-ci ilin martı ilə 2016-cı ilin apreli arasında istehsal olunan 34 modeldə qüsurların ola biləcəyini və problemlərin aradan qaldırılması üçün 2,8 milyon maşının geri çağrılacağını bildirib.