Samsung Note 7-ni geri qaytarmaq istəyənlərə yeni fürsət

Samsung  “ağıllı telefon” modeli olan Galaxy Note 7-ni geri qaytarmaq istəyən Cənubi Koreyadakı müştərilərinin, bu telefonlarını Galaxy S 7-nin düz ya da qövslü ekran modelləriylə dəyişdirə biləcəklərini açıqlayıb.

Şirkət, S7 modelini bu şəkildə əldə edən müştərilərinin, bu telefonu bazara çıxarılacağı gələn ildən etibarən də Galaxy S8 və ya Galaxy Note 8 modellərilə yarı qiymətinə ödəyərək mübadilə edə biləcəklərini  bildirib. Samsung, Galaxy Note 7 modelinin enerji əsnasında həddən artıq qızmasından irəli gələn problemə görə  bu modelin dünya miqyasında 2 milyon yarım məhsulunu geri qaytarıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır