Samsung qatlana bilən telefon modelinin istehsalına başlayıb

Son illərdə bir çox istehsalçı qatlana bilən  telefonlar üzərində işləyir. Bu mövzu ilə bağlı Samsung şirkətinin adı daha çox hallanır.

Yeni məlumatlara görə, şirkət ABŞ-da xüsusi bir sərgidə qapalı qapılar arxasında xüsusi auditoriyaya ilk qatlanan telefonunu nümayiş edib və məhsulun kütləvi istehsal üçün hazır olduğu bildirilib. Digər tərəfdən, şirkətin məhsul strategiyaları və marketinq meneceri Suzanne de Silva qatlanan smartfonların 2019-cu ilin birinci yarısında satışa çıxarılacağını açıqlayıb.

Şirkətin nümayəndələri bildiriblər ki, ən az 1 milyon ədəd istehsalı planlaşdırılan cihaz seçilmiş  bazarlarda satılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır